09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Əməkdar artist: "Bu, barda oxunacaq mahnı deyil"

Əməkdar artist: "Bu, barda oxunacaq mahnı deyil"

Əməkdar artist Mətanət İsgəndərli Səma və Səbinə bacılarının onun "Dünya mənə özün boyda dərd verdin" mahnısını oxumasına irad bildirib. 


BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində bacıların ondan icazə almadığını deyib. İfaçı bildirib ki, onlar mahnını ələ salırlar:

"Xəbərim yoxdur. Mənə heç bir söz demədən oxuyublar. Mənə zəng edib deyərdilər. Cavandırlar, musiqi dərinliyini bilmirlər. Biri var efir, biri var şou mahnıları. Biri də var toyda oxunanlar. Bu, klubda, barda, diskotekada oxunan mahnı deyil. Mənə müraciət etsəydilər, böyük kimi başa salardım. Hər yerin öz mahnısı var. Bu, barda oxunan deyil. Orada insanlar qışqırırlar, bəlkə sərxoşdular. Toylarda belə bunu məndən istəyəndə oxumurdum. Gəlib mənə yalvarırdılar. Verilişdə deyirdilər oxu, deyirdim olmaz.

Bu mahnını yazanda Nailə Mirməmmədli elə bil dərdini hiss etmişdi. Onda xoşbəxt ailəsi var idi. Ondan sonra oğlunu itirdi. Çox ağır mahnı idi. Oğlunun meyidi ortada olanda Nailə ağlaya-ağlaya zəng etdi ki, Mətanət, bu mahnını çox oxu. Sən demə, bunu öz dərdim üçün yazmışam. Bəlkə də onun ruhu indi orada əziyyət çəkir".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница