18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Filiz Akınla bağlı aktyor oğlundan duyğusal mesaj: "Həmin ağacın altında görüşəcəyik..."

Filiz Akınla bağlı aktyor oğlundan duyğusal mesaj: "Həmin ağacın altında görüşəcəyik..."

"Yeşilçam"ın unudulmaz aktrisalarından Filiz Akının vəfatından sonra oğlu, aktyor İlker İnanoğlu anasına olan dərin sevgisini və kədərini ifadə edən duyğusal bir paylaşım edib.


Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, İnanoğlu şəxsi "Instagram" hesabında anasının onun üçün nə qədər dəyərli olduğunu vurğulayıb.


"Canım anam, ən yaxın dostum, sirdaşım, Filiz Akın... Bu dünyada məni ən çox sevən insan, "Yumurcak" filmlərindəki tərəf-müqabilim, hər şeyim... Nəcibliyin, zərifliyin, incəliyin, mərhəmətin və əlbəttə ki, qeyri-adi gözəlliyinlə xalqımızın qəlbində taxt qurdun, kraliça oldun.


Səninlə vidalaşmaq çox çətindir, çünki indi tək qalmışam. Allah rəhmət eləsin, məkanın cənnət olsun. Nəvən Alecin də dediyi kimi, cənnətdəki ən uca ağacın altında görüşəcəyik. Orada bizi gözlə. Səni hər şeydən çox sevən oğlun, quzun İlker İnanoğlu və nəvən Alec Berker İnanoğlu. Bütün sevənlərinə başsağlığı diləyirəm".


Filiz Akınla bağlı aktyor oğlundan duyğusal mesaj: "Həmin ağacın altında görüşəcəyik..."

Filiz Akın kimdir?

Filiz Akın 2 yanvar 1943-cü ildə Ankarada dünyaya gəlib. O, Ankaralıdır və 82 yaşında vəfat edib.


Lisey təhsilini TED Ankara Kollecində, ali təhsilini isə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Arxeologiya bölməsində tamamlayıb. Ata tərəfindən çərkəz, ana tərəfindən isə alban əsilli olan Filiz Akın, kinoya ilk addımını Memduh Ünün rejissorluq etdiyi "Akasyalar Açarkən" filmi ilə atıb. Daha sonra Ajda Pekkan ilə baş rolu paylaşdığı "Şakayla Karışık" filmində rol alıb.


"Yeşilçam"ın ən tanınmış aktrisalarından biri olan Filiz Akın kino karyerası boyunca 121 filmdə baş rolda çıxış edib. "Kollecli qız" ləqəbi ilə tanınan aktrisa 1976-cı ildə kazino səhnələrinə çıxaraq türk klassik musiqisinin ifaçılarından birinə çevrilib.


Filiz Akının ən yaxşı filmləri (IMDB reytinqinə görə):

Şakayla Karışık

Gurbet Kuşları

Tatlı Dillim

Efkarlıyım Abiler

Erkek Severse

Umutsuzlar

İki Gemi Yan Yana

Silahlı Paşazade

nahkar Kadın

Battı Balık




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница