16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi

Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi

Xalq artisti Ağadadaş Ağayevin balta insidenti ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, balta insidenti ilə bağlı iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Bunlar "MedEra" hospitalının mühafizəçisi Saleh Cəlilov və həmin hadisədə xəsarət alan Nəzakət Paşayevadır.

Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib. İşə hakim Vüsal Tağıyev sədrlik edəcək.

Qeyd edək ki, hadisə bu il iyulun 23-də baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi açılıb.

Bu maddə ilə təqsirləndirilən şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Aytac Qasımova



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница