16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ağadadaş Ağayev insidenti hansı klinikada törədib?

Ağadadaş Ağayev insidenti hansı klinikada törədib?

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

BiG.AZ lent.az-a istinadən bildirir ki, hadisə "MedEra" klinikasında baş verib.

Xalq artisti Ağadadaş Ağayev "MedEra" klinikasının yerləşdiyi şəhərcikdə yaşayır.

Onkoloji xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün eyvana çıxaraq klinikadan yardım istəyib.

Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman əsəbiləşən A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Daxil olan şikayət əsasında polisdə araşdırmalara başlanıb.

A.Ağayevin ifadə vermək üçün polisə çağırıldığı bildirilir.

Faktla bağlı hələlik cinayət işi açılmasa da, hadisədə xuliqanlıq hərəkətlərinin olduğu və gələcəkdə bu maddə ilə cinayət işinin başlanacağı da istisna edilmir.

TƏBİB-dən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə, eləcə də TƏBİB-in tabeliyində tibb müəsissələrinə müraciət daxil olmayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница