16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Naomi pul yığmaq üçün bu yola əl atmaqda ittiham olunur

Naomi pul yığmaq üçün bu yola əl atmaqda ittiham olunur

54 yaşlı supermodel Naomi Kempbellə bağlı daha bir iddia ortaya çıxıb.

Axşam.az xəbər verir ki, "The Guardian"in məlumatına görə, supermodel "Fashion for Relief" xeyriyyə təşkilatı tədbirlərdə vəsait toplayan zaman qeyri-qanuni olaraq Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) adından istifadə edib.

Bildirilib ki, 2019-cu ildə Britaniya Muzeyində ulduzlarla dolu moda nümayişi və xeyriyyə auksionu zamanı Naomi fondunun UNICEF ilə əməkdaşlıq etdiyini açıqlayıb.

Qurumdan verilən açıqlamaya görə, fond heç vaxt "Moda for Relief"in partnyoru olmayıb. Həmçinin belə bir tədbirdən xəbəriləri olmayıb və oradan toplanmış hər hansı vəsait almayıblar.

"Bizim heç vaxt Naomi Kempbellin fondu ilə rəsmi tərəfdaşlığımız olmayıb və 2019-cu il tədbirində toplanmış vəsaiti heç vaxt almamışıq" deyə, bəyanatda qeyd olunub.

UNICEF-in bəyanatında həmçinin əks olunub ki, Kempbell heç vaxt bu təşkilatın nümayəndəsi kimi çalışmayıb. Halbuki 2018-ci ildə Britaniyanın o vaxtkı xarici işlər naziri Boris Conson ilə rəsmi görüşdə model belə təqdim edilib.

Qeyd edək ki, Naomi Kempbell 2005-ci ildə sözügedən xeyriyyə təşkilatını təsis edib. Bir müddət əvvəl onun "Fashion for Relief" təşkilatından aldığı vəsaitin yalnız kiçik bir hissəsinin əslində xeyriyyəçiliyə sərf etdiyi ortaya çıxdıqdan sonra atılıb. Pulun modelin şəxsi ehtiyaclarına, uçuşlarına, təhlükəsizliyinə, lüks hotellərə və spa müalicələrinə xərcləndiyi iddia olunub. Supermodel özü iddiaları təkzib edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница