16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Naomi xeyriyyə təşkilatının pullarını uçuşlara, lüks hotellərə xərcləyib?

Naomi xeyriyyə təşkilatının pullarını uçuşlara, lüks hotellərə xərcləyib?

54 yaşlı supermodel Naomi Kempbellin xeyriyyə təşkilatındakı fəaliyyəti sonlandırılıb.

Axşam.az xəbər verir ki, bu addım onun "Fashion for Relief" təşkilatından aldığı vəsaitin yalnız kiçik bir hissəsinin əslində xeyriyyəçiliyə sərf etdiyi ortaya çıxdıqdan sonra atılıb.

"PageSix"in məlumatına görə, pul modelin şəxsi ehtiyaclarına, uçuşlarına, təhlükəsizliyinə, lüks hotellərə və spa müalicələrinə xərclənib. Belə ki, 2016-cı ilin aprelindən 2022-ci ilin iyuluna qədər gəlirin yalnız 8,5%-i xeyriyyə işlərinə sərf edilib.

İstintaq həmçinin bildirir ki, Kempbellin həmkarı Byanka Hellmih xeyriyyə təşkilatından icazəsiz ödənişlər şəklində yüz minlərlə dollar alıb. Ona doqquz il xeyriyyə təşkilatının qəyyumluğu qadağan edilib.

Naomi özü iddialara münasibət bildirib. Modelin sözlərinə görə, o, fondun işləri ilə özü məşğul olmayıb, idarəçiliyi başqa insanlara verib:

"Xeyriyyə işlərimə nəzarət etmədiyim üçün hazırda araşdırırıq. Məsələ ilə vəkilim məşğul olacaq. İndi baş verənləri araşdırırıq, çünki etdiyim hər şey və aldığım bütün pullar xeyriyyə fonduna gedib".

Qeyd edək ki, Naomi Kempbell 2005-ci ildə sözügedən xeyriyyə təşkilatını təsis edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница