08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

"Münasibətlərimizdə bir az soyuqluq var idi, yenidən birləşdirdilər..." - Namiq

"Münasibətlərimizdə bir az soyuqluq var idi, yenidən birləşdirdilər..." - Namiq

"Bizim səhnədə duet oxuyan zaman videolarımız sosial şəbəkələrdə çox paylaşılır. Hərdən Aygün xanımla zarafatlar edirik. Misal üçün, o çalışır ki, mikrofonu əlimdən alsın və sairə".

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Sözbaz" verilişinə açıqlamasında deyib. İfaçı Xalq artisti Aygün Kazımova ilə duetlərindən danışıb. O bildirib ki, məclislərdə birlikdə çıxış etdikləri anların görüntüsü sosial şəbəkələrdə viral olur:

"Soruşurlar ki, Aygün xanım niyə belə edir? Ona görə edir ki, sizə maraqlı olsun. Bizim səhnədəki hər bir hərəkətimiz tamaşaçıya maraqlıdır. Onlar bu videolara baxıb, "düzüb-qoşurlar". Doğrudan da, bunlar bizim üçün xoşdur. Əlbəttə ki, bizim duetlərimizin bu qədər tələbatlı olması mənim üçün çox xoş bir haldır. Bu duetləri oxumaq öncədən Aygün xanımın ideyası olub. Görünür ki, bu duet ideyası da özünü doğruldub.

Mənim bu yola imza atmağım böyük tənqidlərə və şoklara səbəb olmuşdu. Amma bilirdik ki, bu, yaxşı işdir. Bizdə tərsinə oldu, səs-küy yarandı, tələbat oldu, ondan sonra biz Aygün xanımla yenidən duetlər oxumağa başladıq. Bizim münasibətlərimizdə bir az soyuqluq var idi, hərəmizin öz işi-gücü... Tamaşaçılar sanki özləri bizi yenidən birləşdirdilər ki, yenidən oxumalısınız".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница