16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Atamı kostyumda, qalstukda dəfn etmişik"

"Atamı kostyumda, qalstukda dəfn etmişik"
"Sağikən vəsiyyət etmişəm... Atam da sənət insanı olub. O, çox böyük sənətkar idi. Atam 32 il Dövlət Filarmoniyasında çalışıb. Onun üzərinə köynəyini, kostyumunu və qalstukunu geyindirdik və bu şəkildə dəfn etdik. Bəli! Molla mənə məsləhət verə bilər, amma əmr edə bilməz. Ailəmizin ağsaqqalı, atamı kostyumda dəfn ediblər".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Gəl danış" verilişində deyib. Sənətçi yas mərasimlərindən danışıb:
"Dahi bəstəkar Üzeyir Hacıbəyovu da kostyumda dəfn ediblər. Böyük xadimləri necə dəfn edirlər? Biz toyda peşman olarıq ki, bir dənə fonoqram oxuyaq. Səs ola bilər ki, xəstə olsun. Bəs, molla necə olur ki, hər səhər saat 06:00-da, gündüz 13:00-da, axşam saat 20:00-da azanı fonoqramla oxuyur? Amma ona bir adam buna görə irad tutmur ki, qardaş, çıx mikrofonla, azanı canlı oxu. Türkiyədə azanı dinləyəndə insanın tükləri biz-biz olur, amma bizdə... Heç bilmirəm necə olur. Savadsızlıq və elmsizlik bizi bax, bu günə salıb.
Nadir Qafarzadə çox düz deyib, "Mən öləndə heç kim dəfnə gəlməsin". Yas yerinə mərhuma yaxın insanlar gəlməlidir. Əmioğlu, dayıoğlu, əmiqızı, əmioğlunun gəlməsinə gərək yoxdur. Tökülüşüb yasa gəlirlər. Həmin o yas yerində bir dənə araq çatmır, hamı yeyir, içir, noğuldan atır ağzına başlayır söhbətə ki, "Filan müğənnini kim saxlayır? Filan müğənni kimlə görüşür?". Molla görür ki, yas "xor akapellasına" bənzəyir, orada öz iradını insanlara bildirir".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница