Kateqoriya 1 Kateqoriya 2 Kateqoriya 3 Kateqoriya 4 Kateqoriya 5

Arzu Rzayev: "Ölüm xəbərimi yayanlara ayıb olsun"

Yazar: Admin | 29-11-2023, 12:55 | Baxış: 54 | Şərhlər: 0
Arzu Rzayev: "Ölüm xəbərimi yayanlara ayıb olsun"
Müğənni Arzu Rzayevin vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçinin ailəsi ilə əlaqə yaradıb.
Telefonun dəstəyini isə A.Rzayevin özü götürüb. Müğənni ölüm xəbərinin yayılması ilə bağlı bunları söyləyib:
"Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayıblar. Səhərdən mənim bu nömrəmə nə qədər insanlar zəng ediblər. Ölkə xaricindən - İsraildən və Türkiyədən dostlarım şok vəziyyətində mənə zəng edirlər. Bu xoşagəlməz xəbərləri yayanlara bir tək sözüm var: "Sizə ayıb olsun". Mən sağam... Amma bilmək olmaz bir saniyədən sonra nə olacaq. İnsanı diri-diri necə öldürmək olar? Allah hamının köməyi olsun".
Paylaş: Facebook | Twitter | Telegram

Şərhlər

Template not found: /templates/N/addcomments.tpl