16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Selena tənqidlərə dözmədi

Selena tənqidlərə dözmədi
Məşhur müğənni aktrisa Selena Qomezin Fələstin-İsrail münaqişəsinə münasibət bildirməməsi izləyicilərini qəzəbləndirib.


Axşam.az xəbər verir ki, müğənni sosial media hesabında davamlı olaraq tənqidlər və niyə bununla bağlı paylaşım etməməsini sual edənlər üçün yazı yayımlayıb. Lakin bu izləyiciləri daha da əsəbiləşdirib. Onlar bir çox dünya ulduzunun adını misal gətirərək Selenadan məsələyə münasibət bildirməyini tələb ediblər.


"Sosial mediaya fasilə verirəm, çünki dünyada baş verən dəhşət, nifrət, zorakılıq və terroru görmək ürəyimi parçalayır. İnsanların işgəncələrə məruz qalması və öldürülməsi, kiməsə və ya bir qrup insana qarşı hər hansı nifrət aktı dəhşətlidir. Başda uşaqlar olmaqla bütün insanları qorumaq və zorakılığı əbədi dayandırmaq lazımdır. Sözlərim reallaşmayacaqsa, üzr istəyirəm. Günahsız insanların əziyyət çəkməsinə dözə bilmirəm. Bu, məni xəstələndirir. Dünyanı dəyişdirmək istərdim, amma yazı ilə bu mümkün olmayacaq" deyə, Selena instaqramda yazıb.


Qeyd edək ki, bundan əvvəl Bella, Cici Hadid və ataları Məhəmməd Fələstini dəstəklədiklərini ifadə edən paylaşımlar yayımlayıb. Bundan sonra onlar tənqid olunub, hətta ölümlə hədələniblər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница