Суббота
апр 29

Corcinadan ayrılıq iddialarına cavab

Xəbər verdiyimiz kimi, dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigeslə münasibətlərində problemlər yarandığı haqda məlumatlar yayılmışdı.
Axşam.az xəbər verir ki, iddialara görə cütlük arasında mübahisəyə səbəb Corcinanın çox pul xərcləməsi və ancaq alış-verişlə məşğul olmasıdır.
Məsələ ilə bağlı idmançının sevgilisi sosial şəbəkədə bunları yazıb:
"Paxıl insanlar şayiələr uydurur, dedi-qodular yayır. Axmaqlar isə onlara inanırlar".
Qeyd edək ki, cütlük 8 ildir birlikdədir və hazırda Səudiyyə Ərəbistanında yaşayırlar. Onların 2, futbolçunun isə ümumilikdə 5 övladı var.

Комментарии (0)

Оставить комментарий