16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dünyanın ən məşhur musiqiçilərinin siyahısını açıqladı

Dünyanın ən məşhur musiqiçilərinin siyahısını açıqladı
Dünyada böyük uğur qazanan 6 müğənni Ginnesin Rekordlar Kitabı tərəfindən "dünyanın ən məşhur musiqiçiləri" siyahısına daxil edilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən məlumat verir ki, siyahıda 1-ci yerdə planetin ən məşhur musiqiçisi kimi Ginnesin Rekordlar Kitabına düşən kanadalı müğənni Abel Tesfayedir (The Weeknd). 33 yaşlı sənətçi iki ciddi rekorda imza ataraq bu ada layiq görülüb. O, “Spotify”da aylıq 100 milyon dinləyici rekordunu qıran ilk sənətçi olub. Müğənni, həmçinin platformada aylıq 111,4 milyon dinləyici toplayıb.
2006-2011-ci illər arasında yayımlanan Disney serialı “Hannah Montana” ilə şöhrət qazanan və son dövrdə "Flowers" mahnısı ilə hit-paradlara başçılıq edən müğənni Mayli Sayrus siyahıda 82,4 milyon dinləyici ilə 2-ci yeri tutub. 
Şakira son mahnısı ilə 3-cü yeri tutub. DJ Bizarrap ilə birlikdə ifa etdiyi "Music Sessions Vol. 53" mahnısı sayəsində rekordları qıran müğənni ayda 81,6 milyon dəfə dinlənilir.
Ayda 80,2 milyon dinləmə ilə 4-cü yeri tutan isə Teylor Svift olub.
78,5 milyon dinləmə ilə ilk beşliyə girən isə Rihanna olub.
Dünyanın ən çox qazanan müğənniləri arasında yer alan məşhur britaniyalı müğənni Ed Şiran aylıq 77,5 milyon dinləmə ilə 6-cı yerdə qərarlaşıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница