16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Keçmiş əri haqda inanılmaz sözlər: "Pulu yastığın altına qoyurdu"

Keçmiş əri haqda inanılmaz sözlər: "Pulu yastığın altına qoyurdu"
Keçmiş əri haqda inanılmaz sözlər: "Pulu yastığın altına qoyurdu"


10-cu sinifdə oxuyanda Nəriman Nərimanov adına mədəniyyət evinin muğam dərnəyində rəhbər idim. O da yataqxanada qalırdı. Yolu keçərkən ayağımın arasında qurd qalıb, qışqırmışam. O da soruşdu ki, qorxdun? Beləcə tanış olduq. Sonradan gəlib işlədiyim yerin qarşısında dayanırdı. 4-5 il sevdi məni. Hiss edirdim ki, ata-anası almaq istəmirdi. Mənə də çox elçi gəlirdi, amma ürəyim onda idi.

MAY.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva 5/5 verilişində şəxsi həyatı barədə danışarkən bildirib.

"Bilmirəm ki, onunla övladım olsa, sona qədər davam edərdim, ya yox. O, ayrılmaq istəmirdi, hər şeyi mən dağıdıb viran etdim.

Anam onunla ailə qurmağıma razı deyildi. Atam görürdü ki, könlüm var. Əslində, sevib ailə qurmuşdum, amma peşman olmuşdum. 7 il yaşadıq, övladımız olmadı.

Yaxşı insan deyildi, sevgiyə qiymət vermirdi. Nə vaxt istəsə gedib gəlirdi. Yenidən "Hacı Qara" çəkilsə, o, mənim yoldaşım olardı. Pulu yastığın altına qoyub yatırdı. Mən ondan çox qazanırdım. Amma utanıb demirdim ki, bu pulu mən qazanıram, mənimdi. Deyirdim xətrinə dəyər ki, pul qazandığı üçün başıma vurur.

Heç kimin olmayanda Sumqayıtda 3 mağazam vardı. İndi yoxdur. Mağazaları atam tikmişdi. Mən də deyirdim yoldaşımdır, qoy hamısı onun adına olsun. Ağlım kəsmirdi. Ayrılanda məhkəmə dedi ki, hər şey onun adınadır.

Ayrılıq qərarını özüm verdim. Bir müddət görüşmədik. Pis olurdum. Bilirdim ki, övladım olmur. Görürdüm anası ona deyir ki, övladı yoxdur boşan. Amma o istəmirdi.

O vaxt şokoladlar var idi. Evdə birini yeyəndə danışırdı ki, burda nə qədər şokolad var idi, niyə birini yemisən.

Sonra anam dedi ki, ziyanın yarısından qayıtmaqda fayda var. Mən də o evdə olmayanda yığışdım gəldim. Maraqlısı o idi ki, yanında olanda yola getmirdi, atam evində olanda ağlayırdı ki, sənsiz olmur. Axırda dedim nə qədər küsüb barışmaq olar. Bitsin bu iş.

Bir dəfə mənə zəng etdi. Səsindən tanıdım ki, odur. Dedi səninlə söhbətim var. Görüşəndə nifrətlə baxırdım. Dedi peşmanam, bəlkə yenidən başlayaq. Mən razı olmadım".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница