Четверг
сен 30

"Sərdar mənə "ana" deyirdi"

Türkiyəli müğənni Seçil Gür münasibətlərini sonlandırdığı keçmiş sevgilisi Sərdar Ortaç barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Ortaçın ona "ana" deyə, səsləndiyini bildirib:
"İnanılmaz dərəcədə bir sevgim var idi. Anası kimi üzərində titrəyirdim. Mənə bəzən "ana" deyə, səslənirdi, gülürdük. Sərdar bir az uşaq kimidir. Ac olduğunu görəndə o dəqiqə onun qarnını doyurmaq üçün əlimdən gələni edirdim".
S.Gür sənətçi ilə maddi baxımdan çətin zamanlar da yaşadıqlarını bildirib:
"Sərdar maddi baxımdan çətin günlər keçirdi. İkimiz də maddi və mənəvi pis günlər yaşadıq. Aramızda yeməkdən başqa biri-birimizə maddi heç bir köməklik olmayıb. Kimin kartında pul olurdusa, yeməyi o sifariş edirdi. 1,5 il həm də dost olduq".

Комментарии (0)

Оставить комментарий