^
U

"Bu qədər çirkin olmayın"- Səmra od püskürdü


"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimlinin Fransada baş verən terror hadisəsinə görə başsağlığı yazması sosial şəbəkədə tənqid olunub.

Müğənni ünvanına deyilən təhqirlərə sərt cavab verib:

"Bir insanın ölümünə sevinəcək qədər mərhəmətsiz və çirkin qəlbli insanlarsınız. Nə fərqi var hansı ölkədə baş verib, o ölkə haranı sevir. Bu dəhşətli hadisədir və hər birimizin başına gələ bilər. Söhbət insan həyatından gedir... İnsan bu qədərmi ucuzdur ki, adamlar bir-birinin ölümünə sevinir? İstəyirəm bütün dünyada sülh olsun, insanlar daha ölməsin, terror olmasın, hamı azad, sərbət yaşasın. Qəlbinizdə bir az da olsa, mərhəmət olsun, insan sözünü insansızlaşdarmayın.

Disiz, ağızsız heyvanlara belə kömək etməyən, onlara Allahın suyunu belə verməyən, onları daşlayan və bundan zövq alıb gülən insanlardan çox şey istəyirəm, bunun fərqinə varıram. Siz başqalarının acısına, ölüsünə hörmət etmədən, bizim acımıza hörmət və anlayış axtarmayın. Bu qədər qəddar olmayın, yazdıqlarımı bütün çirkin ürəkli, qara fikirli insanlara şamil edirəm". (axsam.az)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Şou-biznes Oxunub: 944 Tarix: 16-07-2016, 02:31
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az