Azərbaycanda həbs həyatı yaşamış məşhurlar - SİYAHI

Azərbaycanda həbs həyatı yaşamış məşhurlar - SİYAHI
Xəbər verdiyimiz kimi, noyabrın 9-da tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) qətl törətməsi ökə gündəmini zəbt etmişdi. Günlərlə müzakirə mövzusuna çevrilən Rəşad Dağlı İsgəndər Mehtiyev adlı qonşusunu çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Meyxanaçı hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanın sənət aləmində analoji olaraq cinayət əməlinə görə həbs olunan məşhurların sayı az deyil.
BiG.AZ həbs həyatı yaşamış azərbaycanlı məşhurların adları ilə bağlı araşdırma aparıb.
Həmin siyahını təqdim edirik:
Müğənni Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovla birlikdə Bakıdan qaçarkən saxlanılıb. Məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilimişdi. Oktyabrın 30-da həbs olunan Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.
Müğənni Maral Tahirqızı 2015-ci ildə Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə ittiham olunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Reper Elşad Xose (Əliyev) dəfələrlə narkotikdən istifadəyə görə həbs olunub.
Bir vaxtlar məşhur olan müğənni Vüsal Əliyevin də adı cinayət əməlində hallanıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. V.Əliyev 2012-ci ildə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub və himayəsində azyaşlı uşaq olduğuna görə azadlığa buraxılıb.

Azərbaycanın tanınmış prodüseri Təranə Səmədova insan alverində təqsirli bilinib. Onun barəsində 2018-ci ildə (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb. T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.

Şou-biznes
Həbsdə olan Fədayə Laçınla bağlı YENİ XƏBƏR

Həbsdə olan Fədayə Laçınla bağlı YENİ XƏBƏR..

Şou-biznes
Gülnarə Kərimovaya sevgi göstərən sənətkarlar efirdən kənarlaşdırıldı

Gülnarə Kərimovaya sevgi göstərən sənətkarlar efirdən..

Şou-biznes
Hadisədən danışmamaq üçün səhnəni tərk etdi

Hadisədən danışmamaq üçün səhnəni tərk etdi..

Şou-biznes
"Hercai"nin baş rol ifaçısı 50 kilo arıqlayıbmış - FOTOLAR

"Hercai"nin baş rol ifaçısı 50 kilo arıqlayıbmış -..

Şou-biznes
"8 aydır o qadınla yaşayıram" - Aqil M.Quliyev şəxsi həyatındakı bütün gizlinləri açdı

"8 aydır o qadınla yaşayıram" - Aqil M.Quliyev şəxsi..

Şou-biznes
Afra Saraçoğlu ilə Çağatay Ulusoy sevgili oldu

Afra Saraçoğlu ilə Çağatay Ulusoy sevgili oldu..

Rəylər (0)