26
Okt
2022
19:11

262
53
152
yuxarı
Sobçak Rusiyadan qaçıb

26 Okt, 2022
19:11
152
262
53
Sobçak Rusiyadan qaçıb
Axşam.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
"O, oktyabrın 25-dən 26-sına keçən gecə, gec saatlarda Moskvadan çıxıb. Eyni zamanda internet vasitəsilə dünən Dubaya, bu gün isə Türkiyəyə aviabilet alıb. O, əməliyyatçıları çaşdırmaq üçün belə edib. Nəticədə Belarus vasitəsilə Litvaya daxil olub", - deyə hüquq mühafizə orqanlarından bildirilib.
Qeyd olunub ki, müstəntiqlərin əlində Sobçakın saxlanması barədə qərar olub, lakin o, qaça bilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Sobçakın Moskva vilayətindəki bağ evində axtarış aparılıb. Axtarışın Sobçakın kommersiya direktoru Kirill Suxanova qarşı iş üzrə aparıldığı bildirilib. Daha sonra eyni məsələ ilə bağlı "Tatler" qəzetinin keçmiş baş redaktoru Arian Romanovskinin də saxlanıldığı məlum olub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək