16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Oskar 2023"də Rusiya filmi iştirak etməyəcək

"Oskar 2023"də Rusiya filmi iştirak etməyəcək
Rusiya Milli Kino Sənəti və Elmləri Akademiyasının Rəyasət Heyəti ölkə istehsalı olan heç bir filmi "Oskar" mükafatına təqdim etməyəcək.
Bu barədə bazar ertəsi akademiyanın saytında məlumat verilib.
Bildirilib ki, ötən il Rusiyadan "Oskar" mükafatına namizəd olan film 122 ekran əsərinin arasından seçilsə də, bu il belə seçimlərin keçirilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, Rusiya filmləri "Ən yaxşı xarici film" nominasiyasında üç dəfə qalib olub. Sergey Bondarçukun "Müharibə və Sülh" (1968), Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" (1981) və Nikita Mixalkovun "Günəşdən usanmışlar" (1994) filmləri "Oskar"a layiq görülüb.
Qeyd edək ki, 95-ci Akademiya mükafatları mərasimi 12 Mart 2023-cü ildə keçiriləcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница