Tarkanın konsert verəcəyi səhnə uçdu

👤 Admin 📅 8-09-2022, 19:39 👁 298 baxış 💬 0 şərh
Türkiyənin meqa-starı Tarkanın konserti üçün qurulan səhnə uçub.
BiG.AZ OLAY-a istinadən xəbər verir ki, qəza bu gün gecə saatlarında baş verib. Belə ki, sentyabrın 9-da İzmir Gündoğdu Meydanında qurlaşdırılan texnika yararsız hala düşüb.
Hadisə yerinə polislər cəlb olunub və xilasetmə qüvvələri göndərilib. Yaralanan bir nəfər xəstəxanaya yerləşdirilib.
📌 Taglar:
🔗 Paylaş: Facebook Twitter Telegram