16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Cavanşir Quliyev nadir xəstəliyə yoluxub: "Nəticəsi ölümdür"

Cavanşir Quliyev nadir xəstəliyə yoluxub: "Nəticəsi ölümdür"
Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir Quliyev nadir xəstəliyə yoluxub.
MAY.AZ-ın medicina.az-a istinadən xəbərinə görə, bu barədə C.Quliyev özü məlumat verib.
Bildirib ki, uzunmüddətli müalicədən sonra səhhəti nisbətən normallaşıb:
"İndi nisbətən yaxşıyam. Dünyada çox nadir xəstəliklərdən biri ilə mübarizə aparıram. Hansı ki, mində bir adamda olur. Autoimmun xəstəliyidir bu. Nədir bu xəstəliyin göstəricisi. İmmunitet sisteminin başı xarab olub sahibinə hücum etməyə başlayır. Məni qorumaq əvəzinə ziyan verir. Qısacası bədənimdə olan aşırı immunitetlə mübarizə aparıram".
Bəstəkar bildirib ki, xəstəliyə qarşı qəbul etdiyi dərmanlar digər orqanlarını sıradan çıxarır:
"Xəstəliyin fəsadları çoxdur. Məndə dəridə qaşınma və suluqlu səpkilərlə başladı. Xəstəliyə qarşı aldığım müalicələr, qəbul etdiyim dərmanlar digər orqanlarımı tədricən sıradan çıxara bilər. Bu xəstəliyin nəticəsi şərti olaraq ölümdür. Təhlükəli xəstəlikdir. Heç vaxt sağalmır. Sadəcə aparılan müalicələrlə bir müddətlik yuxuya gedir. Ömürlük mənim qardaşımdır artıq bu xəstəlik".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница