16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İştahı artıran, köplə mübarizə aparan - Hilin əvəzsiz FAYDALARI

İştahı artıran, köplə mübarizə aparan - Hilin əvəzsiz FAYDALARI
İştahı artıran, köplə mübarizə aparan - Hilin əvəzsiz FAYDALARI


Ədviyyatlar içərisində hil çox məşhurdur. Hətta orta əsrlərdə Avropada hil dərman hesab olunurdu və apteklərdə satılırdı.

Medicina.az xəbər verir ki, hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini, əvəzsiz yağlı turşularla zəngindir. Belə zəngin tərkib hili bütün insanın orqanizmi üçün çox faydalı edir. Bu ədviyyat həzm prosesləri yaxşılaşdırır. Məhz bu səbəbdən bəzi şərq ölkələrində hilin toxumlarını yeməkdən sonra çeynəyirlər.

Bundan əlavə, hil ağızdan gələn pis qoxunu da yox edir. Hil ürəkbulanmasını aradan götürür. Ürəkbulanmasından əziyyət çəkən hamilə qadınlar hildən istifadə edə bilərlər. Hil iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, köplə mübarizə aparır, artıq çəkidən azad olmağa kömək edir.

Hil təbii antiseptikdir. Orqanizmdə olan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Soyuqdəymə xəstəlikləri zamanı onu mayelərə əlavə edib xəstəyə vermək olar. Hil ağız boşluğunda olan mikroblarla mübarizə aparır, diş ağrısını azaldır.

Angina, faringit zamanı hil dəmləmələri ilə qarqaralar çox yaxşı təsir edir.

Hil sinir sistemini möhkəmləndirir, insana depressiyalar, stress və nevrozlarla mübarizə aparmağa kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница