08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Keçəlləşmənin GÖZLƏNİLMƏZ səbəbi açıqlandı

Keçəlləşmənin GÖZLƏNİLMƏZ səbəbi açıqlandı
Keçəlləşmənin GÖZLƏNİLMƏZ səbəbi açıqlandı


Həddən artıq iş saatı keçəlləşməyə səbəb ola bilər.

MAY.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, belə nəticəyə Cənubi Koreya tədqiqatçıları gəlib.

Həftədə 52 saatdan çox işləyən kişilərdə keçəlləşmə iki dəfə çoxdur. Standart iş qrafiki həftədə 40 saat olsa da, bir çox işçilər ofisdə əlavə vaxt keçirirlər.

Tədqiqatda Cənubi Koreyadan olan 20-59 yaş arası 13 min kişinin məlumatları incələnib. Nəticələrə əsasən, həddən artıq çox işlədikdə yaranan stress baş dərisində harmonal dəyişikliklərə səbəb ola və saç follikullarının böyüməsini ləngidə bilər. İmmun sisteminin özü də stress nəticəsində saç örtüyünə hücum çəkə bilər.

Tədqiqatda digər səbəblər də nəzərə sadalanıb, məsələn, siqaret çəkmə, gəlirin səviyyəsi və hərbi vəziyyət. Lakin keçəlləşməyə ən çox təsir edən amil stressdir. İşə götürənlərə bu məsələyə diqqət yetirmək və kişilər üçün iş saatını azaltmaq çağrışı edilib.

Bu məsələyə daha çox 20-30 yaş arası kişilər diqqət yetirməlidir, çünki keçəlləşmənin ilk simptomları məhz bu yaşda üzə çıxır.

Natəvan Baxşiyeva

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница