16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Badımcanın özü kimi saplaqları da FAYDALIDIR

Badımcanın özü kimi saplaqları da FAYDALIDIR
Badımcanın özü kimi saplaqları da FAYDALIDIR


Badımcan mətbəximizdə çox istifadə olunan ən faydalı məhsullardan biridir. Ondan demək olar ki, bütün fəsillərdə çox istifadə olunan tərəvəzdir.

Badımcandan müxtəlif çeşidli yeməklər, turşular, salatlar, hətta mürəbbə hazırlanır. Onun faydaları, şəfa verici xüsusiyyətləri saymaqla bitməz. Badımcanın özü kimi hər zaman tulladığımız saplaqları da faydalıdır. E-tibb.az Türkiyə mediasına istinadən xəbər verir ki, badımcan saplağının çox böyük faydaları var.

Qeyd olunur ki, saplaqlar başda babasil (hemoroid) olmaqla, bir çox xəstəliklərin müalicəsində istifadə oluna bilər. Torpaqdan gələn vitamin və minerallar daha çox onun saplağında toplanır. Babasilin təbii yolla müalicəsindən badımcan saplağının suyu dərman, əməliyyat, kimi metodlarla yanaşı istifadə oluna bilər.

Bu şəfalı su göz sağlamlığı üçün də faydalıdır. Göz hüceyrələrinin bərpası, bu orqanlarda yaranan bir sıra problemlərin qarşını almaq üçün badımcan saplaqlarından hazırlanan vasitə yardımçı olur.

Saplaqlar dəmirlə də zəngindir. Qanazlığı səbəbindən yaranan yorğunluğu, stress kimi narahatlıqların qarşını almaq üçün də faydalıdır.

Bundan başqa, həzm sistemində problemi olanlar, reflüks, xora, qastrit, qəbizlik kimi problemlərdən əziyyət çəkənlər, bu sudan faydalana bilərlər.

Saplağın yağ faizi çox az olduğuna görə, tox saxlaya bilir, ona görə də artıq çəki problemindən əziyyət çəkənlərə tövsiyə olunur.

Bundan başqa, həmin su dəri üçün çox faydalı sayılır. Dərinin daha parlaq və gənc görünməsinə kömək edir.

Bəs suyu necə hazırlamaq lazımdır?

10 ədəd badımcan saplağı kəsilib təmiz yuyulur, üzərinə 1 l su əlavə olunur.

Qazanın qapağını bağlayıb vam odda yarım saat qaynatmaq lazımdır. Soyudandan sonra həmin suyu səhər və axşam acqarına yarım stəkan olmaqla içmək olar.

Suyu bu müddətdə soyuducuda saxlaya bilərsiniz.

Suda tənzif isladıb babasil düyünlərinin üzərinə qoymaq olar.

Saglamolun.Az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница