16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Demək olar bütün bəşəriyyət ona yoluxur: o hansı virusdur?

Demək olar bütün bəşəriyyət ona yoluxur: o hansı virusdur?

Elmi tədqiqatlar göstərir ki, demək olar ki, dünyadakı hər kəs ömründə ən azı bir dəfə insan papilloma virusuna (HPV) yoluxur.

Lent.az xəbər verir ki, insan papilloma virusu (HPV) ən böyük virus qruplarından birinə aiddir, onun 200-dən çox tipi məlumdur. Virus əsasən birbaşa təmas yolu ilə keçir və həm dəriyə, həm də selikli qişalara təsir göstərə bilər. Müxtəlif ştammlar ziyansız quruluşlar məsələn, siğillər və papillomalar yarada bildiyi kimi, ağır xəstəliklərə, o cümlədən xərçəng xəstəliklərinə də səbəb olur.

Ən böyük təhlükə yüksək onkogen tipli HPV-lərdir. Onlar hüceyrə dəyişikliklərini stimullaşdıraraq zamanla uşaqlıq boynu, udlaq və digər xərçəng formalarına gətirib çıxara bilər. Problemin əsas çətinliyi ondan ibarətdir ki, infeksiya çox vaxt simptomsuz inkişaf edir və bir çox insan onun mövcudluğundan xəbərsiz olur.

Həkimlərin sözlərinə görə, əksər hallarda immun sistemi virusu özü zərərsizləşdirir və orqanizmə ziyan dəymir. Lakin məhz peyvəndləmə və müntəzəm skrininq müayinələri ağırlaşmaların qarşısını almağın ən effektiv yolu hesab olunur.

HPV dünyada ən geniş yayılmış virus olaraq qalır və onunla mübarizə müasir tibbin əsas çağırışlarından biridir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница