^
U

Bərbərxanada, adi təraş zamanı ehtiyatsızlıq, alətlərin steril olmamasından elə virus və xəstəliklər keçə bilir ki, hətta onlar sonradan xərçəngə də səbəb olur.
"Medicina" xəbər verir ki, salonlarda kişilərin tutula biləcəyi qorxulu viruslar bunlardır.
Papilloma virusu

Papilloma virusunun 130 tipi mövcuddur. Onlardan bəziləri papilloma düyünlərinin və ziyillərin yaranmasına səbəb olur, bəziləri isə qadınlarda uşaqlıq ağzının xərçənginə gətirib çıxarır.
Bir qayda olaraq virusun təsiri öz pik səviyyəsinə 45 yaşlarında çatır. Bu virusa yoluxan qadınlarda 25-30 yaş arasında xərçəngdən əvvəlki vəziyyət yaranır, 40-45 yaş arası isə xərçəngə yoluxma baş verə bilər.
Tibdə virusun dərmanı mövcud deyil. Qadınlar mütəmadi olaraq histoloji müayinədən keçərək uşaqlıq ağzının vəziyyətini yoxlatmalıdırlar. Ciddi dəyişiklik zamanı virusla yoluxmuş zona çıxarılır.
Hepatit B və C virusları

Bu viruslar insana yalnız cinsi yolla deyil, həmçinin qan təması yolu ilə də keçə bilər. Üz qırxmaq, manikür, pedikür, kosmetoloji və stomotoloji prosedurlar və s. səbəblərədən yoluxma baş verə bilər.
Əgər hepatit xəstəliyi vaxtında aşkarlana və müalicə olunmazsa, o zaman proses xroniki formaya keçir. Bu isə öz növbəsində qaraciyər sirrozuna və xərçənginə səbəb ola bilər.
Salonlarda və tibbi mərkəzlərdə deşici və kəsici alətlərlə ehtiyatla davranmalıdır.
Şübhəli bir hal yaşandıqda isə qan analizi vasitəsilə virusa yoluxub-yoluxmadığınızı aşkarlaya bilərsiziniz.
Epşteyn Barr

Bu virus mononkulyoz infeksiyasının inkişafına səbəb olan virus növüdür. Öz əlamətlərinə görə xəstəlik soyuqdəyməni xatırladır: yüksək temperatur, boğaz ağrısı, burun axması. Bu zaman yalnız limfa damarlarının şişməsi tipik hal deyil.
Virusun əsas xüsusiyyəti hüceyrələrin məhv olmasını deyil, əksinə onların bölünməsini təmin etməsidir. Bu yolla da qanda olan bədxassəli hüceyrələrin çoxalmasına şərait yaratmış olur.
Virusun təsirini aradan qaldırmaq üçün immuniteti artırmaq tələb olunur.
Helicobacter pylori - mədə virusu

Bu spiralşəkilli bakteriya mədənin onikibarmaq bağırsağa keçən hissəsində yaşayır. Hesab olunur ki, 75% hallarda mədə xərçəngini məhz bu bakteriya əmələ gətirir. Bu bakteriyaya hava-damcı yolu ilə yoluxmaq mümkündür. Xəstəliyin əlamətləri mədədə yanğı hissi, gəyirmədir. Bəzi hallarda isə xəstəlik əlamətlərsiz inkişaf edir.
Mədə problemləri zamanı həkimə müraciət etmək və lazımi müayinələrdən keçmək lazımdır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 194 Tarix: 28-09-2022, 00:37
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az