17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Yeni pandemiyanın astanasındayıq - İki ölümcül virus aşkar edildi

Yeni pandemiyanın astanasındayıq - İki ölümcül virus aşkar edildi

Çin alimləri yarasalarda əvvəllər məlum olmayan 20 yeni virus aşkarlayıblar. Onlardan bəzilərinin ölümcül Nipah və Hendra virusları ilə eyni virus ailəsinə aid olduğu bildirilib.

BiG.AZ xəbər verir ki, tədqiqat Yunnan vilayətində aparılıb. Alimlər 2017-2021-ci illər ərzində 10 müxtəlif növdən olan 142 yarasanın böyrək toxumalarını analiz ediblər. Genetik sekvensiya nəticəsində 22 virus aşkar edilib. Bunlardan 20-si elmi ədəbiyyata əvvəllər məlum olmayıb. İki virusun isə insanlara ölümcül təsir göstərən henipaviruslarla əlaqəli olduğu müəyyən olunub.

Henipaviruslar qripə bənzər simptomlardan tutmuş ağır beyin iltihabına qədər xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər bu virusların insanlara və ya mal-qaraya keçmək potensialının yüksək olduğunu deyirlər.

Avstraliyalı virusoloq professor Vinod Balasubramaniam bildirib ki, tapılan viruslar insan sağlamlığı baxımından "təhlükəli xəbərdarlıq siqnalı"dır. O, virusların yarasa sidiyi ilə meyvə və su vasitəsilə yayıla biləcəyini vurğulayıb.

Tədqiqat həm də ilk dəfə olaraq yarasa böyrəklərində bu qədər çox virus aşkarlanması ilə diqqət çəkib. Bu isə virusların orqanizm daxilində daha geniş yayıla bildiyini göstərir.

Ekspertlər virusların yayılmasının qarşısını almaq üçün ekoloji nəzarətin gücləndirilməsini və potensial risk daşıyan ərazilərdə biosigurta tədbirlərinin artırılmasını tövsiyə edirlər.(Milli.Az)




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница