11
Yan
2024
13:48

262
53
48
yuxarı
Qızılca səpgilərinə toxunmaq, müdaxilə etmək olarmı? - Həkim AÇIQLADI

11 Yan, 2024
13:48
48
262
53
Qızılca səpgilərinə toxunmaq, müdaxilə etmək olarmı? - Həkim AÇIQLADI
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva izləyicilərin "səpgilərə necə müdaxilə etmək olar, hansı vasitələrdən istifadə etmək lazımdır" sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, valideynlər də bu məlumatlara əsaslanaraq həkim nəzarəti olmadan özbaşına müxtəlif müalicə üsullarından istifadə edirlər:
"Xəstəlik zamanı dəriyə qulluq vasitələri, müxtəlif məlhəm və kremlərin əsassız istifadəsi səpgilərin daha da dərinləşməsinə səbəb olar və dəri səthində xoşagəlməz izlər buraxa bilər. Dəridəki qaşınmanı aradan qaldırmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır. Bədənin tibbi məhlulla (sintetik tanin) yuyulması tövsiyə olunur. Yataq dəsti və geyimlər təmiz olmalıdır. Konyunktivit zamanı həkim təyinatına əsasən müxtəlif damcılar məsləhət görülür".
S.Mehdiyeva bildirib ki, xəstələr ağız və göz gigiyenasına riayət etməli və parlaq işıqdan qaçmalıdırlar:
"Qeyd edilənlərə düzgün riayət olunarsa, xəstəlik heç bir iz buraxmadan və fəsadsız keçib gedir".
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək