16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Güclü stresin bilmədiyimiz əlamətləri

Güclü stresin bilmədiyimiz əlamətləri
"Güclü sarsıntı keçirdikdə, bədəndə həddindən artıq stres hormonları ifraz edildiyi üçün orqanizm yardım siqnalı göndərir".


Bunu rusiyalı bevroloq Yekaterina Demyanovskaya deyib.


Stres zamanı insanın nəbzi artır, qan təzyiqi yüksəlir və hamar əzələ spazmları meydana gəlir. Həmçinin, əsəbiləşən zaman şiddətli qarın ağrısı da baş verə bilər.


Kortizol, adrenalin və digər stres hormonlarının ifrazının artması səbəbindən qaşınma, səpgilər, qabıqlanma və ya sızanaq meydana gələ bilər.


"Stres zamanı həzm orqanlarının qanla təchiz olması və peristaltikası azalır. Bu səbəbdən mədə seliyinin ifrazatı pozulur", - deyə Demyanovskaya bildirib.
Nevroloqun sözlərinə görə, xroniki stres keçirən insanlarda bağırsaq mikroflorasında disbalans yaranır.


O, güclü stresin gizli əlamətlərindən birinin də öskürək olduğunu qeyd edib.


"Mədə-bağırsaq traktının işinin pozulması ilə əlaqəli stresin başqa bir əlaməti boğaz ağrısı və ya boğazda düyün qalma hissidir, bu da öskürəyə səbəb olur. Bu vəziyyət qırtlağın əzələlərinin qeyri-ixtiyari yığılması, tüpürcək ifrazının azalması səbəbindən udlaqda quruluq və burun nəfəsinin pozulması nəticəsində yaranır", - deyə həkim sözlərini yekunlaşdırıb./Oxu.az


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница