16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Boğazda quruluq nəyin əlaməti sayılır?

Boğazda quruluq nəyin əlaməti sayılır?
Boğazda quruluq nəyin əlaməti sayılır?


Terapevtlər boğazda quruluğun müxəlif xəstəliklər səbəbindən əmələ gəldiyini deyirlər. Onların sözlərinə görə bu adi infeksiya xəstəliyindən tutmuş, ağır xəstəliklərin belə patoloji əlaməti hesab edilə bilər.

Diaqnozu mütləq həkim təyin edir, amma boğazda quruluğa hansı xəstəliklərin səbəb ola biləcəyini mən sizlərlə bölüşmək istəyirəm.
1. Boğazda quruluğun əmələ gəlməsinə yuxarı tənəffüs yollarının infeksiya xəstəlikləri səbəb ola bilir. Bu zaman boğazda quruluq hissi ilə birlikdə udma zamanı ağrı hissi də olur. Bu səbəbdən əmələ gələn quruluq hissini aradan qaldırmaq üçün boğazı qarqara eləmək lazımdır. İnfeksiya xəstəlikləri səbəbindən əmələ gələn quruluq hissi xəstəlik sağaldıqdan sonra itib gedir.
2. Həddindən artıq siqaret çəkmə zamanı da boğaz quruyur. Bu zaman quru və xırıltılı öskürək müşayiət edilir. Boğazın quruluğunu siqaretin tərkibində olan toksiki maddələr əmələ gətirir. Belə quruluq hissi xəstədə məcburi öskürəyə səbəb olur.
3. Ağızla nəfəs alma boğazda quruluq hissi yaradır. Buna səbəb ağız vasitəsilə dolan havanın boğazı qurutması olur.
4. Susuzlaşma boğazda quruluq hissi yaradan səbəblərdən biridir. Bu bəzi insanlarda isti havalarda evdən çıxarkən su içmədikdə baş verir. Əlaməti aradan qaldırmaq üçün qazsız adi su içmək lazımdır.
5. Boğazda quruluq hissinin olması şəkər xəstəliyin əlamətlərindən biri sayılır. Əgər sizin tez-tez boğazınızda quruluq hissi olursa, mütləq həkimə müraciət edin və ya qanınızın analizini verərək şəkərinizi yoxladın.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница