Пятница
июл 06

Başağrısı qəfil ölümə səbəb ola bilər

Başağrısı qəfil ölümə səbəb ola bilər


Başağrısı və baş gicəllənməsini çoxları vacib bir xəstəlik hesab etməsə də əslində, onun fəsadları çoxdur. Xəstəliyin mahiyyətinə varmaq, onun başqaldırma səbəblərini öyrənmək mütləqdir. Sadəcə, bir ağrıkəsici dərmanla qarşısını almaq isə daha ağır xəstəliklərə yol aça bilər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ağrı orqanizmin hissiyyat pozğunluğunun göstəricisidir. Hər şey doğuş zamanı uşağın aldığı travmadant başlayır. Uşaq yetkinlik yaşına çatana kimi müalicə olunmadıqda ağrılar daha da güclənir və ciddi xəstəliklərə yol açır. Ağrı ilə yanaşı xəstədə hövsələsizlik, tez-tez ürəkdöyünmə, həyəcan və yuxu pozğunluğu halları da müşahidə olunur. Xəstənin əlləri tərləyir, buz kimi olur. Bu zaman gənclər ağrıkəsici dərmanlar qəbul etməklə başağrısının qarşısını almağa çalışırlar. Ağrını müvəqqəti kəsmək üçün istifadə olunan bu dərman preparatları insanda daha ciddi xəstəliklər yarada bilər. Xəstə düzgün müayinə olunmalıdır. Çünki beyin toxumasında olan yüngül bir narahatlıq, hüceyrələrin sıxılması nəticəsində insan əlil ola bilər.

Revmatizmanı törədən mikroblar, angina, burun çəpərinin əyriliyi də güclü baş ağrılarına gətirib çıxaran amillərdir. Hazırda gənclərin mobil telefondan çox istifadə etmələri, günün yarıdan çoxunu kompüter qarşısında oturmaları da güclü baş ağrıları əmələ gətirir. Kompüterdən, mobil telefondan həddindən artıq çox istifadə etmək beyində şiş əmələ gətirə bilər.
Xroniki baş ağrıları

Xəstə güclü ağrıdan əziyyət çəkir. İnsanın iş fəaliyyəti zəifləyir. Xroniki başağrısının səbəbi oksigen çatışmazlığıdır. Bu zaman ozonterapiyadan istifadə olunur. Yəni oksigen süni yolla beyin daxilinə yeridilir. Ümumiyyətlə, xroniki baş ağrılarında əsasən təbii yolla müalicə üsullarından istifadə etmək məsləhətdir. Çünki burada dərmanların heç bir xeyri olmur. Xroniki baş ağrısı həm də irsi ola bilər. Bunun müalicəsi mümkünsüzdür.

Miqren

Miqren zamanı başın bir hissəsində güclü ağrılar olur. Ağrı zamanı hətta xəstə eşitmə, görmə qabiliyyətini də itirə bilər. Miqrenin birdəfəlik müalicəsi yoxdur. Müalicə sadəcə, bir müddət ağrıların dayandırılmasına kömək edə bilər. Miqren müayinəsi yalnız güclü ağrılar zamanı aparıla bilər. Sakit halda xəstəliyi heç cür müəyyən etmək olmaz. Miqren ağrıları zamanı beyin daxilində donma olur, beyinə qan getmir. Baş gicəllənməsi
Nadir hallarda rast gəlinsə də, baş gicəllənməsi ciddi səbəblərdən meydana gəlir: qan təzyiqinin qəfildən düşməsindən, ürək xəstəliklərindən, şiddətli hipertoniyadan, infarktdan, aşağı qan təzyiqindən.

Baş gicəllənmənin meydana çıxmasında insanın həyat tərzinin və peşə fəaliyyətinin mühüm rolu var. Məsələn, sürücülər, gərgin zehni fəaliyyətlə məşğul olan insanlar, kompüter arxasında çox oturanlar baş hərlənmələrinə daha çox məruz qalırlar. Baş gicəllənmədən şikayət edən gənclərin hamısında qanazlığı aşkarlanır. Qida rejiminin pozulması da buna səbəb olan amillərdəndir. Gənclərdə həmçinin arterial təzyiqin düşməsi nəticəsində də baş gicəllənməsi aşkarlanır. Yaşlı insanlar 120-130 təzyiqə dözə bilir. Ancaq gənclərdə təzyiq 120-130 olduqda o huşunu itirib, yıxılır. Uşaqlar gün ərzində sağlam qida əvəzinə çipsi, dönər, peçenye yeyirlər. Gündə bir dəfə xörək yeyən uşaqda maddələr mübadiləsi düzgün getmir. Bütün bunlar da beynin öz fəaliyyətini itirməsinə gətirib çıxarır.
Əgər baş hərlənməsi zamanı xəstədə tərləmə, rəngin dəyişməsi halları olursa, demək buna səbəb isterik nevroz, qalxanabənzər vəzin zobu və ya ürək xəstəliyidir.

Baş hərlənməsi ilə yanaşı qıcolma, əl və ayaqlarda hissiyyatın itməsi kimi əlamətlər meydana çıxarsa, bu, epilepsiyanın əlamətləri deməkdir.

Ümumiyyətlə, baş hərlənməsi bir dəfədən artıq özünü büruzə verərsə, bu zaman nevropatoloq, qulaq - burun - boğaz həkiminə müraciət etmək mütləqdir.

Похожие новости
{title
Yuxu yozmaları H hərfi
19-01-2024, 11:48
Комментарии (0)

Оставить комментарий