16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ömrümüzü qısaldan VƏRDİŞLƏR

Ömrümüzü qısaldan VƏRDİŞLƏR
ETNT nəşri məşhur ekspertlərin oturaq həyat tərzi və sağlamlığa mənfi təsir göstərə biləcək asılılıqlarla bağlı açıqlamalarını toplayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, psixoloqlar və həkimlər ömrü qısaldan vərdişləri ətraflı şəkildə sadalayıblar.
ABŞ-ın Klivlend Klinikasının məşhur psixoloqu Skott Binin dediyinə görə, insanlar rahatlığa və müəyyən davranışlara o qədər öyrəşiblər. Bu səbəbdən bu pis vərdişlərdən asanlıqla əl çəkmələri çətindir.
Sağlamlığa xələl gətirən əsas mənfi vərdiş oturaq həyat tərzidir. Kornel Universitetinin qidalanma üzrə dosenti Rebekka Seqin qeyd edir ki, əgər iş günü ərzində kompüter arxasında oturan insan daim hərəkət edir və fasilə verirsə, bu, orqanizmə və ümumi əhval-ruhiyyəyə müsbət təsir göstərir.
"Oturaq həyat tərzi çoxlarının düşündüyündən daha çox sağlamlığa zərər verir. Mənfi nəticələrin qarşısını almağın yolu fəallıq üçün vaxt və imkanlar tapmaqdır. Bütün günü ofisdə işləsəniz belə, fasilələr verməyə və hərəkət etməyə çalışın", - o, vurğulayıb.
Xroniki yuxusuzluq həyati gücü insanın əlindən alan ikinci pis vərdişdir. Berklidəki Kaliforniya Universitetinin İnsan Yuxusu Mərkəzinin direktoru, yuxu mütəxəssisi Metyu Uoker hesab edir ki, düzgün istirahət orqanizmin bərpasına və həyati proseslərin yenidən başlamasına imkan verir.
Yuxusuzluq təkcə pis əhval-ruhiyyə və əsəbiliyə deyil, həm də bir sıra ciddi xəstəliklərə, o cümlədən diabet və ürək xəstəliklərinə səbəb ola bilər.
Çoxsaylı araşdırmalar göstərib ki, çoxlu sayda siqaret çəkmək vərdişi bütün xəstəlikləri "mükafatlandıra" və on il ömrü ala bilər.
Tibb elmləri namizədi Timoti Makafi xatırladır ki, çox siqaret çəkənlər arasında ölüm halları ən yüksək olaraq qalır.
"Qadınlar müntəzəm siqaret çəksələr, təxminən 11 il ömürlərini itirirlər. Kişilərdə isə bu göstərici 12 ilə yaxın olur", - ekspert bildirir.
Həkimlər xəbərdarlıq edir ki, xroniki stress hüceyrə səviyyəsində gözlənilən ömür müddətini qısalda bilər.
Tibb elmləri doktoru Elissa Epel stress və hüceyrə yaşlanması arasında birbaşa əlaqə olduğunu iddia edir. İnsan beyni elə qurulub ki, istənilən, hətta ən stresli mühitdə yaşamaq yollarını tapsın. Yəni insan nə qədər əsəbi və narahat olarsa, beyində normal qocalmanı qabaqcadan təyin edən proseslər bir o qədər tez başlayar. Nəticədə, xromosomun xarici hissəsi olan telomerlər yaşlı bir insana məxsus kimi görünəcəklər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница