16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ

Kofe və çayın TƏHLÜKƏLİ TƏRƏFLƏRİ
Artıq çay və kofe sümük əriməsinə səbəb olur. Yaş artdıqca sümüklərdə struktur dəyişikliyi yaranır, sümüklər kövrəkləşir. Bunu sürətləndirən bir sıra amillər də var. Bu sırada qidalanma faktorlarının da önəmli olduğu bildirilir. Mütəxəssislər hesab edir ki, normadan artıq çay və kofe içmək də bu riski artırır.
BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, kofein də tütün və alkoqol kimi həzm sistemində kalsium mənimsənilməsinin azalmasına səbəb olur və böyrəklərin kalsiumu xaric etməsini sürətləndirir. Orqanizmdə kalsium miqdarı azalanda isə sümük formalaşması baş vermir. Son illərdə yaş artdıqca sümük əriməsinə (osteoporoz) geniş rast gəlinir və əsas problemlərdən biri kimi ortaya çıxır. Sümüklərdə ən yüngül travma nəticəsində və yaxud hər hansı travma olmadan belə, əmələ gələn sınıqlar da bunun əlaməti sayılır.
Ona görə də mütəxəssislər hesab edir ki, kofe və çay qəbulu azaldılmalıdır. Gündə 3-4 fincandan çox kofe içməmək, daha çox kofeinsiz qəhvə içmək tövsiyə olunur.
Qeyd olunur ki, sümük əriməsi təxminən 35 yaşdan sonra başlayır. Qadınlarda sümük əriməsi meonapauzadan sonra sürətlənir. Bu proses menopauzadan sonrakı ilk 5-7 il ərzində daha da irəliləyir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница