08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Öskürəkdən boğulan uşağı qeyri-adi üsulla sağaltdılar

Öskürəkdən boğulan uşağı qeyri-adi üsulla sağaltdılar
Kirpi əti bazarda və əl altdan satılan, heç də ucuz olmayan bir qidadır. Maraqlı təamlar yemək istəyən müştərilər bəzən kirpi əti sifariş edir. Deyilənə görə, çox dadlıdır. Kirpinin ətinin faydalı olması barədə illərdir məlumatlar dolaşır.
BiG.AZ medicina-ya istinadən xəbər verir ki, bir oxucunun övladının öskürək probleminə kirpi əti ilə çarə tapması bu məsələni bir daha aktuallaşdırıb.
Ana yazır ki, 3 aydır 6 yaşlı oğlum gecələr öskürəkdən əziyyət çəkir, hətta boğulurdu. Allergiya dərmanları verməsəm öskürək səngimirdi. 3-4 həkim yanında olmuşuq, bütün iynə-dərmanları etmişik. Heç bir dərman, sprey, qarqara, antibiotik kömək etmədi. Axırda uzaq qohumlarımızdan biri dedi ki, göy öskürəyi olan, lakin sağalmayan uşağı kirpi əti ilə sağaldıblar. Bunu da sınamaq qərarına gəldim və kirpi əti ilə maraqlandıq.
Bişirmək çətin olmadı, uşaq da normal yedi. 1-2 gün yedikdən sonra, 3 ay ərzində ilk dəfə idi öskürəksiz, rahat yatırdı. Deyirlər, kirpilər ilan yediyi üçün ilanda olan zəhərin müalicəvi fermentləri ətinə keçir və bu fermentlər xəstəliyə dərman təsiri edir. Bilmirəm, səbəb nədir, amma öskürəyə təsir etdiyini gördüm. Bu yaxşılaşmanın müvəqətti, yoxsa daimi olacağını bilmirəm, amma bir müddət də kirpi ətinə davam edəcəyəm"
Kirpi ətini faydalı edən onun yağıdır, piyidir. Əslində bir ədəd kirpidə bu yağ çox azdır. Ona görə bir neçə kirpi lazımdır. Təbabətin atası İbn Sina kirpi ətinin, yağının və dərisinin tibdə rolu barədə yazıb və bunu təsdiq edib. Qədim dövrdə kirpi əti zəngin insanların delikatesi olub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница