16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Biofizikdən C vitamini barədə CİDDİ XƏBƏRDARLIQ

Biofizikdən C vitamini barədə CİDDİ XƏBƏRDARLIQ


Koronavirus müalicəsində C vitamininin böyük dozada istifadəsi sağalma sürətinə müsbət təsir göstərmir və bunun əks təsirləri ola bilər.
Bu barədə RT-yə müsahibəsində "Healthnet" milli texnoloji təşəbbüsünün işçi qrupunun eksperti, biofizik Andrey Lomonosov danışıb.
Onun sözlərinə görə, böyük dozalarda C vitamininin xəstəliyin müddətini və koronavirusun şiddətini azaltdığına dair elmi sübut yoxdur. Bundan əlavə, urolitiyaz xəstəliyinə meyilli xəstələr C vitamini istifadə edərkən daha diqqətli olmalıdırlar.
"Təhlükəsiz dozadan artıq vitamin qəbulu əks təsirlərə səbəb ola bilər. Bunlar arasında mədə-bağırsaq traktının pozulması, məsələn, mədə sancısı var. Həmçinin uzun müddət yüksək dozada C vitamini qəbulu böyrək daşlarının daha sürətli əmələ gəlməsinə kömək edir. Bu xəstəliyə meyilli insanlar üçün bilmək vacibdir. Dəmirlə birlikdə C vitamini qəbul edərkən bədəndə həddindən artıq dəmir yığılması da mümkündür", - ekspert izah edib.
Digər soyuqdəymələrin müalicəsində vəziyyət fərqlidir. Bu vəziyyətdə, C vitamini əlavəsinin dozanın qısa müddətli artması ilə faydalı olduğu sübut edilib./publika.az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница