Среда
янв 20

Peyvənd olunan insanlar ilk günlərdə nə hiss edir?


Bu vaxta kimi koronavirus peyvəndi olunmuş rusiyalı vətəndaşlar arasında sorğu keçirilib. Onlar peyvənddən sonra nələr hiss etdiklərini, bədənlərində hansı reaksiya getdiyini açıqlayıblar.
Sonxeber.az xəbər verir ki, artıq Rusiyada müxtəlif yaş qruplarından minlərlə şəxs peyvənd olunub. Rusiyada daha çox milli peyvəndlər EpiVakKorona və Sputnik V tətbiq edilir.
Həkimlər bildirir ki, peyvənd olunanların hamısında mütləq nəsə baş verməlidir kimi məsələ yoxdur. Hər orqanizm fərqlidir.
Peyvənd olunanlar daha çox bu simptomları qeyd ediblər:
ilk 3 gündə - 37,5 dərəcəyə kimi hərarət, titrəmə, iynə yerində ağrı, şişkinlik, baş ağrısı, ürəkbulanma, ayaqlarda, qollarda uyuşma, zəiflik, bir qədər panika. Medicina.az
Simptomlar 5-7 günə kimi çəkə bilər.
Həkimlər hərarətin yalnız 38 dərəcəyə çatdıqda salınmasını bildirir.
Ümumiyyətlə, peyvənddən sonra qızdırma 38-dərəcəyə çatarsa, bu şəxs mütləq poliklinikaya müraciət etməlidir.
İynədən dərhal sonra da qızdırmanın 38-dərəcəyə çatdığı kimi hallar olub.
Maraqlısı budur ki, peyvənd olunanların çoxu ikinci dozada iynə vurulan zaman və sonra birinciyə nisbətən daha çox ağrı hiss ediblər.

Похожие новости
{title
Yuxu yozmaları H hərfi
19-01-2024, 11:48
Комментарии (0)

Оставить комментарий