
01
декабря
2020
22:56
1 dekabr ümumdünya QİÇS-lə mübarizə günüdür

MAY.AZ xəbər verir ki, Dünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan HİV-infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir.
QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Həmin vaxtdan 2019-cu il iyulun 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi olaraq 6502 İİV-infeksiyalı xəstə qeydiyyata alınıb, onlardan 4568 nəfərini kişilər, 1934-ü nəfərini qadınlar təşkil edir.