16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Almaniyada koronavirusdan müalicə üçün dərman ilin sonuna qədər hazır olacaq

Almaniyada koronavirusdan müalicə üçün dərman ilin sonuna qədər hazır olacaq
Almaniyada koronavirusdan müalicə üçün dərman ilin sonuna qədər hazır olacaq


Almaniya Tibbi Ləvazimatlar və Məhsullar İnstitutu (BfArM) yeni tip koronavirsua (Covid-19) qarşı dərman vasitəsinin ilin sonuna qədər hazır olacağını açıqlayıb.

MAY.AZ APA-ya istinadən bildirir ki, bunu "Bonner General-Anzeiger" qəzetinə müsahibəsində BfArM rəhbəri Karl Broyx bildirib.

Almaniyada dərmanların leqallaşdırılmasına cavabdeh olan qurumun rəhbəri deyib ki, hələlik koronavirusa qarşı peyvənd və dərman yoxdur, indiyə qədər hər hansı preparatın xəstəliyin müalicəsində effektivliyi təsdiqlənməyib. Karl Broyx qeyd edib ki, koronavirus yayılandan sonrakı dövr ərzində BfArM-a çoxlu sayda müraciət daxil olub və artıq mövcud olan 8 dərmanın xəstələr üzərində klinik sınağının keçirilməsinə icazə verilib. BfArM bir neçə həftə sonra tədqiqatların ilk etibarlı nəticələrinin əldə olunacağını proqnozlaşdırır: "Əgər əldə edilən nəticələr inandırıcı olsa, biz ilin sonuna qədər həmin dərman vasitəsinin tətbiqi barədə razılıq verə bilərik".

BfArM rəhbəri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə "Remdesivir" dərman vasitəsinin də bir neçə klinik sınağının keçirildiyini nəzərə çatdırıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница