16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Professor: "Koronavirusdan qorunmağın yeganə yolu peyvənddir"

Professor: "Koronavirusdan qorunmağın yeganə yolu peyvənddir"
Professor: "Koronavirusdan qorunmağın yeganə yolu peyvənddir"


Alimlər bildirirlər ki, COVID-19 virusuna yalnız kütləvi peyvəndlənmə yolu ilə qalib gəlmək mümkündür.

Mütəxəssislərin rəyi haqqında “Sciencealert” agentliyi xəbər verib.

İmmunologiya professoru Erik Vivye qeyd edir ki, insan orqanizmində viruslara qarşı anticisimlərin yetərli miqdarının toplanması üçün üç həftə tələb olunur. Anticisimlər bu halda orqanizmin müdafiəsini bir neçə ay təmin edə bilir.

Ancaq yeni koronavirus qeyri-adi xüsusiyyətlərə malik olduğundan, elm adamları bu proqnozu qəbul etmirlər.

Virusa yoluxmuş, immuniteti formalaşmış xəstələrin sağalmalarına baxmayaraq, koronavirusun yenidən meydana gəlməsi halları da məlumdur.

COVID-19-un orqanizmdə tamamilə yox olması da ehtimal edilmir.

Bu və digər qeyri-müəyyənlikləri nəzərə alaraq, ekspertlər bəlli müddət ərzində dünyada koronavirusa qarşı kollektiv immunitetin əmələ gələcəyini və pandemiyanın öz-özünə yox olacağını da ehtimal edirlər.

Avstraliyanın Kertin Universitetinin professoru Arçi Klements bildirib ki, hazırda koronavirusla mübarizədə yeganə həll yolu peyvənddir.

Qeyd edək ki, koronavirusa qarşı vaksinin sınaqdan keçirilməsinə bu ilin iyun ayından başlanılması nəzərdə tutulur.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница