16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Koronavirusa yoluxan "Dünyanın ən seksual kişisi"ndən xəbər var

Koronavirusa yoluxan "Dünyanın ən seksual kişisi"ndən xəbər var
Koronavirusa yoluxan "Dünyanın ən seksual kişisi"ndən xəbər var



Hollivud ulduzu İdris Elba koronavirus testi pozitiv çıxdıqdan sonra xanımı Sabrina Daurla birlikdə qaldıqları iki həftəlik karantin dönəmini geridə qoyub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

47 yaşlı aktyor xəstəliyinin əvvəlində olduğu kimi, hələ də heç bir simptom hiss etmədiyini vurğulayıb.

“Astma xəstəsi kimi ən pis halı yaşayacağımı düşünürdüm, amma şükürlər olsun ki, xilas oldum”, - deyə o bildirib.

Elba koronavirusa Kanadanın baş naziri Castin Trüdonun xanımı Sofi Trüdodan yoluxduğunu bildirmişdi. Onlar eyni tədbirdə iştirak etmişdilər. Aktyor xəstəliyin simptomlarını hiss etməsə də, ehtiyat üçün yoxlamadan keçmişdi və analizlərinin cavabı müsbət çıxmışdı.

Qeyd edək ki, britaniyalı kino aktyor “28 həftə sonra” (2007), “Götürücülər” (2010), “Kabus yarışçı 2: İntiqam atəşi”, “Prometey” (2012) və “Tor” trilogiyası (2011, 2013, 2017) kimi filmlərdən sonra daha çox məşhurluq qazanıb.

“Lüter” serialındakı roluna görə isə o, “Qızıl Qlobus” və “Emmi” mükafatına layiq görülüb.
2018-ci ildə Elba “People” jurnalının versiyasına görə, “dünyanın ən seksual kişisi” kimi tanınmışdı.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница