16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib
İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib


İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Məşhəd şəhərinin İmam Rza xəstəxanasında yeni koronavirusa (COVID 19) yoluxmuş körpə dünyaya gəlib.

MAY.AZ Trend-ə istinadən bildirir ki, bunu İranın Məşhəd Tibb Elmləri Universitetinin elmi heyətinin üzvü doktor Əhməd Şah Fərhət deyib. Onun sözlərinə görə, körpəni dünyaya gətirən ana koronavirusa yoluxmaqda şübhəli bilinirdi. 900 qramlıq körpə dünyaya gəldikdən sonra analizlər götürülüb və nəticə pozitiv elan olunub.

Fərhət əlavə edib ki, indiyədək Məşhəddə koronavirusa yoluxmuş 4 ananın övladı dünyaya gəlib. 3 körpədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (30 mart) 41 495 nəfərin koronavirusa yoluxduğunu, 2 757 nəfərin öldüyünü, 13 911 nəfərin sağaldığını təsdiqləyib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница