16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Cəlal İsayev: "Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər"

Cəlal İsayev: "Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər"
Cəlal İsayev: "Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər"


“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”.

Oxu.Az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib.

O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməlidir:

“Xəstəliyin simptomları müxtəlif ola bilir. Belə ki, koronavirusa xas olan kliniki simptomlar arasında hərarətin yüksəlməsi (37,5 - 38 və daha yüksək dərəcə), boğazda qıcıqlanmaların olması, asqırma, öskürək, tənəffüs çətinliyi və digər zökəm əlamətlərini saymaq olar.

Bəzən bir qrup insanlarda, orqanizmdən asılı olaraq, qusma, ishal ilə də müşahidə edilə bilər. Bu əlamətlər meydana çıxarsa, heç kim deməsin ki, bu, başqa xəstəlikdir. Mütləq təcili yardıma müraciət etsinlər. Zərurət olarsa, test və xəstəxana şəraitində müalicə tətbiq olunsun. Çünki bu vəziyyətdə yalnız mütəxəssislər qərar verə bilər ki, siz virusa yoluxmusunuz, yoxsa yox.

Çünki koronavirus özünü fərqli simptomlarla büruzə verir. Bəzən sadalanan əlamətlərdən yalnız biri olur, bəzən isə insanda heç bir əlamət olmadan keçə bilir. Orqanizmdən asılı olaraq, xəstəlik yüngül və ağır şəkildə irəliləyir. Bu səbəbdən, insanlar özlərində halsızlıq, ümumi vəziyyətin pisləşməsini hiss edirsə, 103-ə zəng vurulmalıdır”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница