Пятница
мар 20

Azərbaycanda karantindən qaçan həkim saxlanıldı

Azərbaycanda karantindən qaçan həkim saxlanıldı


"Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır".

Bu barədə MAY.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Təəssüflə qeyd olunmalıdır ki, bəzən belə zəruri tədbirlərə riayət etmək istəməyən şəxslərə də rast gəlinir. Belə ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Lakin o, həkim olmasına baxmayaraq, müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilib və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, onun ailə üzvləri və sıx təməsda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil veriliblər.
Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq, ciddi tədbirlər görüləcək", - E.Zahidov bildirib.

Комментарии (0)

Оставить комментарий