08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Fransanın məşhur portalında Qarabağla bağlı məqalə dərc edilib

Fransanın məşhur portalında Qarabağla bağlı məqalə dərc edilib
Fransanın məşhur portalında Qarabağla bağlı məqalə dərc edilib


Fransanın məşhur "AGORA VOX Le media citoyen" informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub.

Məqalədə 30 ilə yaxındır ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin əsl mahiyyəti haqqında ətraflı məlumat verilib, tarixçi və jurnalistlərin bu məsələdən danışarkən peşə etikasına riayət etmələrinin vacibliyi vurğulanıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu, münaqişə zonasından uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin raket atəşinə tutulması da məqalədə yer alıb.

Məqalədə Azərbaycanla Fransa arasında əməkdaşlıq əlaqələri ilə yanaşı, Azərbaycanın iqtisadi əməkdaşlıq baxımından regiondakı geosiyasi mövqeyinə toxunulub, Türkiyənin Azərbaycana hərbi dəstək göstərməsi ilə bağlı ittihamların əsassız olması ilə yanaşı, münaqişənin müsəlman-xristian qarşıdurması kimi qələmə verilməsinin yalnış olduğu qeyd olunub. Azərbaycanın çoxkonfessiyalı və multietnik ölkə olması, Dağlıq Qarabağın isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktının həm tarixi həqiqətə, həm dən beynəlxalq hüquq normalarına əsaslandığı xüsusi ilə vurğulanıb. (oxu.az)

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница