09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Professordan SOCAR-a çağırış

Professordan SOCAR-a çağırış
Professordan SOCAR-a çağırış


“Biz qeyri-neft sektorunun inkişaf etdirilməsindən danışırıq. Əslində neft, neft-kimya, qaz-kimya sənayesi kifayət qədər böyük həcmdə əlavə dəyər formalaşdıra bilən sahələrdir. SOCAR daha çox neft kimyasına və qaz kimyasına, bu sahələrdə emal dərinliyinin çoxalmasına investisyalar yatırmalıdır"

“Neft kimyası və neft emalı, qaz kimyası və qaz emalı ilə bağlı olan sahələr Azərbaycan iqtisadiyatı üçün son dərəcə dəyərlidir və effektivlik göstəricilərinə görə yüksək səviyyədə olan sahələrdir”.

Bunu açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov bildirib.

Professor buna görə də bu istiqamətlərə investisiyaların vacibliyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycanda yüksək texnoloji sektorun inkişafı nöqteyi-nəzərdən neft kimyası, qaz kimyası ən prioritet istiqamətlərdən biri kimi qəbul olunmalıdır: “Biz iqtisadiyyatımızın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsindən danışırıq. Bu, təbiidir. Amma məsələnin daha çox məhz qeyri-neft sektorunun deyil, qeyri-xammal sektorunun inkişafından ibarət olduğunu bildirməliyik. Əslində neft, neft-kimya, qaz-kimya sənayesi kifayət qədər böyük həcmdə əlavə dəyər formalaşdıra bilən sahələrdir”.

Professor bildirib ki, bu sahələrdə əlavə dəyər dərinliyi, təxminən, 10 dəfə, bəzi hallarda ondan da çox olur:

“Azərbaycanın bu istiqamətdə böyük potensialının, ciddi ənənələrinin olmasını nəzərə aldıqda düşünürəm ki, ölkə iqtisadiyyatının sistem formalaşdıran qurumu olan SOCAR daha çox neft kimyasına və qaz kimyasına, bu sahələrdə emal dərinliyinin çoxalmasına investisyalar yatırmalıdır. Sevindirici haldır ki, Azərbaycanda bu istiqamətlərə son illər diqqət artırılır. Hesab edirəm ki, ardıcıl şəkildə bu diqqət artırılmalıdır. İnvestisiya potensialı baxımından da Azərbaycanın bu sektora investisiyalarının yüksəlməsi və tədricən qonşu ölkələrlə, ilk növbədə post-Sovet məkanı çox mühüm satış bazarı kimi bu ölkələrlə əlaqələrimizin genişlənməlidir. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatının yaxın 10 illikdə əsas perspektiv inkişaf istiqaməti elə bundan ibarətdir”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница