16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Təhlükə: spirtli içkilər bu hallarda ölümə səbəb ola bilər

Təhlükə: spirtli içkilər bu hallarda ölümə səbəb ola bilər
Təhlükə: spirtli içkilər bu hallarda ölümə səbəb ola bilər


Son günlər ölkədə spirtli içkilərdən zəhərlənmə və ölüm hallarının baş verməsi cəmiyyətdə böyük narahatlığa səbəb olub.

Bİg.az milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan professor Adil Qeybulla bildirib ki, kustar üsulla hazırlanan spirtli içkilər zəhərlənmə verir.

"Təəssüf ki, Azərbaycanda kustar üsulla spirtli içkilərin hazırlanması geniş vüsət alıb. Şadlıq saraylarında, müxtəlif kafe-restoranda standartlara uyğun olmayan içkilər hazırlanır və satılır. Vizual olaraq isə saxta arağı müəyyənləşdirmək çox çətindir. Yalnız peşəkar istehlakçı spirtin iyindən onun saxta olub-olmadığını hiss edə bilər. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu, alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər".

A.Qeybullanın sözlərinə görə, hər şey arağın tərkibinə qatılan spirtdən asılıdır:

"Əsl araq etil (yeyinti) spirtindən düzəldilməlidir. Zəhərlənməyə səbəb olan araqları isə əsasən yeyinti deyil, ucuz başa gələn texniki spirtdən hazırlayırlar. Bu da ilk növbədə qaraciyərdə zəhərlənmə yaradır, başda ağrılara səbəb olur, mədəyə, ürəyə, böyrəklərə təsir göstərir. Həmçinin, texniki spirtdən hazırlanan içkilər beyinə təsir göstərir, beyin pozuntularına gətirib çıxarır. Bundan əlavə həmin içkilərin tərkibində olan metil isə gözü kor edəcək, hətta ölümə səbəb olacaq qədər təhlükəlidir".

Professor arağın tərkibi, spirtin faizi və görünüşünün standartları haqqında da danışıb:

"Standart tələb edir ki, arağın xarici görünüşü şəffaf olmalı, tərkibində kənar cisimlər olmamalı, dadı və aromatı araq məhsullarına xas olmalıdır. Arağın ekstra növlərində spirtin həcmi 38-56 faiz, lüksda 40 faiz olmalıdır. Təbii ki, araq məhsullarının üzərində istehsal tarixinin yazılması da mütləqdir. Vaxtı keçmiş araqlar və digər spirtli içkilər də zəhərlənməyə səbəb ola bilər".

Qeyd edək ki, bir neçə gün əvvəl spirtli içkidən zəhərlənən 2 nəfər dünyasını dəyişib, bir nəfərin isə vəziyyəti ağırdır, hər iki gözü kor olub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница