16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yüzlərlə delfin "intihar" etdi

Yüzlərlə delfin "intihar" etdi
Yüzlərlə delfin "intihar" etdi


200-dən çox delfin özünü Kabo-Verdedəki Boa-Vişta adası sahillərinə atıb. Yerli sakinlər və turistlər delfinlərin üzərinə su tökərək və geriyə - okeana dartaraq onları xilas etməyə cəhd göstəriblər. Lakin onların əksəriyyəti yenidən sahilə atılıb.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə 136 delfin məhv olub.

Adanın hakimiyyət orqanları İspaniyadan ekspertlərin gəlişini gözləyirlər. Onlar delfinlərin bu davranışını müəyyənləşdirməyə cəhd edəcəklər.

Alimlərin delfin və balinalar arasında intihar hallarına dair fikirləri müxtəlif cürdür. Bəzi versiyalara görə, özlərini sahilə atanlar xəstə heyvanlardır, onların nəslindən olanlar isə həmin heyvanlara kömək məqsədilə dallarınca atılırlar. Digər versiyaya görə, bu, delfinlərin mühit üzərində akustik nəzarəti itirmələri ilə bağlıdır. Bioloqlar, həmçinin delfinlərin digər delfin dəstəsinin hücumundan yaxa qurtarmaları üçün bu addımı atdıqlarını da təxmin edirlər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница