16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Nəm salfetlərin satışına qadağanın səbəbi...

Nəm salfetlərin satışına qadağanın səbəbi...

Nəm salfet insan rahatlığını təmin edən bir şeydir. O insanın çox köməyinə çatır və demək olar ki, daima əl altında olur. Demək olar ki, bütün qadınların əl çantasında nəm salfetə rast gəlmək olur. Nəm salfetlə əlləri, ayaqqabıları və bir çox digər şeyləri təmizləmək olur. Amma hər şey elə də sevindirici deyil.
Belə ki, Britaniyada nəm salfetin satışına qadağa qoymaq qərarına gəliblər. Bunun səbəbi isə çox maraqlıdır. Yəqin ki, siz də ümumi tualetdən istifadə edərkən şəxsi gigyena qaydalarına əməl etmək məqsədilə unitazı yumaqdansa, onun kənarlarını nəm salfetlə silmisiniz. Bu qaydanı çoxları tətbiq edir və nəm salfeti tualetə ataraq kanalizasiya borularının tutlmasına səbəb olur. Bu salfet istifadə edilən yerlərdə 90% hallarda kanalizasiya borularının tutulmasına səbəb olur. Sən demə əsas problem nəm salfetin tərkibinin plastikdən olmasıdır və o tualet kağızı kimi suda parçalanmır. Bu səbəbdən də Böyük Britaniya hökuməti nəm salfet istehsalına qadağa qoymaq istəyir.
Hökumətin bu barədə qərarı da açıqlanıb: ya nəm salfet plastiksiz hazırlanmalıdır, ya da onun istehsalına tamamilə son qoyulacaq. Nəm salfetlər həm də polietilen paket kimi ekologiyaya çox ziyan vurur. Onların okeana və ya vəhşi təbiətə düşməsi isə heyvanların və dəniz canlılarının məhv olmasına səbəb olur.(xəzərxəbər)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница