16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Mark Zukerberq rekord həddə "kasıblaşdı"

Mark Zukerberq rekord həddə "kasıblaşdı"
"Meta"nın rəhbəri Mark Zukerberq son 12 ayda şəxsi sərvətinin yarıdan çoxunu itirib və "Forbes"in versiyasına görə ABŞ-ın ən varlı adamları siyahısında ilk 10-luqdan çıxıb.
Nəşrin məlumatına görə, iş adamı üçüncü yerdən on birinci yerə düşüb. Belə ki, Zukerberq şirkət səhmlərinin ucuzlaşması fonunda təxminən 76,8 milyard dollar itirib.
Sentyabrın əvvəlinə onun aktivlərinin dəyəri təxminən 57,7 milyard dollar olub. Nəticədə İT nəhənginin baş direktoru son bir ildə maliyyə itkilərinə görə ABŞ rekordçusu olub.
Qeyd edək ki, hazırda ABŞ-ın ən varlı adamları siyahısında birinci yeri "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask (251 milyard dollar) tutur. İkinci yerdə "Amazon"un keçmiş baş direktoru Ceff Bezos (151 milyard dollar), üçüncü pillədə isə xeyriyyəçi, "Microsoft"un həmtəsisçisi Bill Qeyts (106 milyard dollar) qərarlaşıb./Oxu.az


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница