16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Xəzərdə suyun səviyyəsi 18 sm azalıb

Xəzərdə suyun səviyyəsi 18 sm azalıb
Xəzərdə suyun səviyyəsi 18 sm azalıb



Cari ilin yayında Xəzər dənizində suyun səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 18 santimetr azalıb.

MAY.AZ Trend-ə istinadən bildirir ki, bunu İranın Xəzər Dənizinin Araşdırmalar və Təhqiqat Milli Mərkəzinin rəhbəri Məsumə Bəni Haşemi deyib.

M.Bəni Haşeminin sözlərinə görə, Xəzərdə su səviyyəsinin azalması bu ilin yazı ilə müqayisədə təxminən 6% çoxdur. Bu, yayda suyun səviyyəsinin azalmasının çox olduğunu göstərir.

Mərkəz rəhbəri əlavə edib ki, Xəzər dənizinin səviyyəsinin azalmasının əsas səbəbi dənizə daxil olan suyun 80%-i təmin edən Volqa çayının müxtəlif məqsədlər üçün idarə olunması, Qazaxıstan, Rusiya və Azərbaycanda yağıntıların azalmasıdır.

"İranın şimal vilayətlərinın çayları vasitəsilə Xəzərə axan suyun faizi isə o qədər də yüksək deyil (5%)".

İranlı rəsmi deyib ki, Xəzər dənizində su səviyyəsinin azalması İranın bəzi sahillərində, xüsusilə Gülüstan vilayətində sahil xəttinin dəyişməsi ilə nəticələnə bilər.

Məlumatlara görə, ildə təxminən 240 milyard kubmetr su Volqa çayından Xəzər dənizinə axır. Bu isə Xəzərə axan suyun 80-85%-i təşkil edir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница