08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Kəpəyin effektli müalicəsi

Kəpəyin effektli müalicəsi
Kəpəyin effektli müalicəsi


Kəpəklə mübarizədə xüsusi müalicəvi şampunlar çox yaxşı kömək edir. Bu şampunların üzərində xüsusi qeyd olur "kəpəyə qarşı" ("от перхоти").

Kəpək çox deyilsə, tərkibində bu kimi maddələr olan müalicəvi şampundan istifadə edin:

- salisil turşusu (şampunun üzərinda "salicylic acid" yazılır)

- kükürd (sulfur)

- sink pirition (zinc pyrithione)

- qatran (tar).

Salisil turşusu və kükürd kəpəyi əridir. Sink və qatran baş dərisi hüceyrələrinin bölməsini ləngidir. Kükürd və sink kəpəyin əmələ gəlməsinə səbəb olan göbələklə mübarizə aparır.

Müalicəvi şampunun tərkibində sadaladığımız maddələrdən biri və ya bir neçəsi ola bilər. Ən yaxşı seçim tərkibində salisil turşusu və kükürd olan müalicəvi şampundur. Belə şampunlar apteklərdə və supermarketlərdə satılır.

Hər gün 2 həftə ərzində saçlarınızı müalicəvi şampunla yuyun. Şampunu saçlarınızda 5-10 dəqiqə saxlayıb axar suyun altında yaxşı yaxalayın.

Adətən 2 həftə ərzində kəpək xeyli azalır. Bu halda effekti saxlamaq üçün saçlarınızı daim həftədə 2 dəfə müalicəvi şampunla yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz.

Əgər kəpək azalmırsa, daha güclü vasitələrdən istifadə edin. Belə xüsusi müalicəvi şampunların tərkibində 1%-li ketokonazol (ketoconazol) və ya selen sulfid (selenium sulfide) ola bilər. Belə şampunlar apteklərdə və ya supermarketlərdə satılır.

Belə şampunla saçlarınızı 2-4 həftə ərzində həftədə 2 dəfə yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz.

Saçlarınızı yuduqda müalicəvi şampunu 5 dəqiqə ərzində saçların üzərində saxlayın və sonra yuyun.

2-4 həftədən sonra kəpək xeyli azalmalıdır. Bu halda saçlarınızı müalicəvi şampunla 2 həftədə 1 dəfə yuyun (şampun qurtarana kimi). Daha sonra tərkibində salisil turşusu, kükürd, sink pirition və ya qatran olan müalicəvi şampun alın və bu şampunu daim həftədə 2 dəfə istifadə edin.

Əgər müalicə effekt vermirsə, dermatoloqa və ya trixoloqa (saç xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) müraciət edin. Bu adi kəpək deyil, daha ciddi dəri xəstəliyi ola bilər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница